Dünya

26 il sonra atası ilə eyni gündə şəhid oldu

26 il sonra atası ilə eyni gündə şəhid oldu
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Türkiyənin Mardin şəhərinin Ömərli mahalında PKK terorçuları tərəfindən yola yerləşdirilən bombanın 4 sentyabr tarixində partlaması nəticəsində ağır yaralanan təhlükəsizlik işçisi Əbdüllətif Əmən 9 gündən sonra vəfat edib.

"Kanal14.az" Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, atasının şəhadəti günü şəhid olub. Belə ki, şəhidin atası Məhəmməd Əmin Əmən 26 il əvvəl - 13 sentyabr 1993-cü ildə oğlunun düşdüyü eyni pusqunun qurbanı olub.

Qeyd edək ki, Əbdüllətif Əmənin 8 övladı var.