Dünya

Türkiyə ordusunda PKK-ya ağır zərbə

Türkiyə ordusunda PKK-ya ağır zərbə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap bölgəsində hava əməliyyatı həyata keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Əməliyyat Pəncə Hərəkatı ilə koordinasiyalı olub. Hava əməliyyatı zamanı PKK-ya aid silah anbarı, sığınacaqlar məhv edilib. Bildirilir ki, azı 2 terrorçu zərərsizləşdirilib.