Dünya

Ekrem İmamoğlu və Binali Yıldırım üz-üzə gəldilər


İyunun 23-də İstanbulda çox kritik və Türkiyədə son zamanların ən maraqla gözlənilən seçkilərindən biri – İstanbul bələdiyyəsi sədrinin seçkiləri keçiriləcək.

Virtualaz.org xəbər verir ki, 31 martda keçirilmiş və qalmaqallarla yadda qalmış bələdiyyə seçkilərinin nəticələrinə görə CHP-dən İstanbul bələdiyyəsi sədrliyinə namizəd Ekrem İmamoğlu qalib elan edilmişdi. Lakin sonradan hakim AK Partinin etirazları üzündən səslər yenidən sayıldı, nəticə isə dəyişmədi.

Ekrem İmamoğlu bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan bir neçə gün sonra AK Partinin etirazları ona gətirib çıxardı ki, Türkiyə Yüksək Seçim Kurumu İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi.

İyunun 23-də təkrar seçkilər keçiriləcək. Qələbəyə 31 martda olduğu kimi, iki əsas namizəd var – AKP-dən keçmiş baş nazir və parlament sədri Binali Yıldırım, CHP-dən Ekrem İmamoğlu.

İyunun 16-da onlar arasında debat keçirilib və saytımızda canlı yayımlanıb. Debatın videoyazısını diqqətinizə çatdırırıq.