Dünya

Trampa qadağa qoyuldu

 
Məhkəmə Trampa qadağa qoyub.

Kanal14.az "Reuters"ə istinadən xəbər verir ki, Kaliforniya ştat məhkəməsi Meksika ilə sərhəddə divar tikintisinə müvəqqəti qadağa qoyub.
Hakim Heyvud Cilliam bildirib ki, Donald Tramp büdcə vəsaitləri hesabına divar tikdirə bilməz. Bu, hakimiyyətlərin bölüşdürülməsi prinsiplərinə ziddir.