Rusiyanın bu silahı NATO-nun kabusu oldu – Alman mediası
ABŞ uzun müddətdir ki, bütün dünyada səmanın hakimi idi, ancaq S-400-lərin xüsusiyyətləri həm hədəf, həm də mənzil baxımdan təsirli bir silahdır.
Kanal14.az xəbər verir ki, bu sözlər Almaniyanın "Der Stern” jurnalında Gernot Kramperin S-400-lərin təhlilinə həsr edilən məqaləsində əksini tapıb. Müəllif bu səbəbdən Rusiyada ən çox satılan S-400-ün NATO-nun kabusuna çevrildiyini bildirib.
Kramperin sözlərinə görə, S-400 almaq "Patriot”la müqayisədə daha avantajlıdır. Çünki Rusiyanın müdafiə sistemi ABŞ silahından daha çox inkişaf etmiş olmaqla yanaşı, həm də ikiqat ucuzdur.