Hadisə / Dünya

Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Partlayışın köhnə minaların utilizasiya olunduğu binada qeydə alındığı bildirilir.

Y.M.Sverdlov Rusiyanın iri hərbi zavodlarından biridir.