Cəmiyyət

Hadi Rəcəbli: “Sosial sığorta sistemində yeniliklər gözləyirik”

Hadi Rəcəbli: “Sosial sığorta sistemində yeniliklər gözləyirik”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Azərbaycanda vergi islahatları artıq müəyyənləşib. Həmçinin sosial sığorta sistemində yeniliklər gözləyirik. Bütün bunlar son nəticədə məşğulluğun artmasına, qeyri-legal məşğulluğun legallaşmasına xidmət edəcək”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, son 10 ildə ölkədə bir sıra sahələrə üzrə xərclər azaldılsa da, sosial sahəyə ayrılan vəsaitlərin məbləği artırılıb və dövlət büdcəsi əhalinin güzəranın yaxşılaşdırılmasına yönəlib.

"Gələn ilin dövlət büdcəsində də sosial sahəyə ayırmalar artıb. Sosial məqsədlər üçün 8 265,8 mln. manat vəsait nəzərədə tutulub ki, bu da büdcənin 33,4%-ni təşkil etməklə onun sosial yönümlü olmasının bariz nümunəsidir”.

Millət vəkilin sözlərinə görə, sosial müdafiə sistemi üçün ən vacib məsələlər ünvanlılığın dəqiqləşməsi, şəffalığın təmin olunmasıdır ki, bunlar da gələn ilin büdcəsində öz əksini tapıb.

Qeyd edək ki, bu gün parlamentin əmək və sosial siyasət, səhiyyə, ailə, qadın və uşaq məsələləri, elm və təhsil, mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi davam edir.