Dünya

Razılaşma baş tutmadı: İvanişvili tələb edilir

Razılaşma baş tutmadı: İvanişvili tələb edilir
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Gürcüstanda parlament seçkisi üzərindən 1 aydan çox vaxt keçsə də, hələ də müxalifətlə iqtidar arasında razılıq əldə olunmayıb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, müxalifət ABŞ-ın bütün çağırışlarına rəğmən seçkini tanımaqdan imtina edir. Üstəlik, müxalifətlə iqtidar arasında danışıqlar baş tutsa da, müxalif partiyalar hökumətin onların tələblərini icra etmək istəmədiyini deyib. Nəticədə tərəflər arasında danışıqların üçüncü raundu da heç bir uğur əldə edilmədən başa çatıb.

Məsələ ilə bağlı Avropa Gürcüstanı Partiyasının liderlərindən olan Uqulava açıqlama verib. O, parlamentə daxil olacaq hər kəsin müxalifətə xəyanət edəcəyini söyləyib:

"Əgər kimsə parlamentə daxil olmaq istəsə, qoy daxil olsun. Heç kim onu tutmur. Parlamentə daxil olmaq Gürcü Arzusuna daxil olmaq deməkdir”.

Leyborist Partiyasının lideri Şalva Natelaşvili isə Gürcü Arzusunun lideri Bidzina İvanişvilinin müxalifət-iqtidar danışıqlarına qatılmasını tələb edib. O, tələbini müxalifətlə iqtidar arasında danışıqların üçüncü raundu zamanı səsləndirib və xarici səfirlərdən bunun icrasını tələb edib.