Gündəm

Tbilisidə etiraz aksiyası: toqquşmalar zamanı 12 nəfər saxlanılıb

Tbilisidə etiraz aksiyası: toqquşmalar zamanı 12 nəfər saxlanılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Gürcüstan polisi paytaxt Tbilisidə parlament yaxınlığında keçirilən etiraz aksiyasının 12 iştirakçısını saxlayıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, onların hamısı polisə itaətsizliyə və kiçik xuliqanlığa görə saxlanılıblar.

Saxlanılanlar arasında müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze də var.

Polis bu səhər müxalifət partiyalarının onlarla nümayəndəsinin parlament binasına girişləri bağlamaq cəhdinin qarşısını alıb. Müxalifət liderləri hakim kimi işləyən zaman hakimiyyətin diktə etdiyi bütün qərarlara əməl etdiklərini düşündükləri 19 namizədin Gürcüstan Ali Məhkəməsinə seçilməsinə etiraz olaraq parlamentə gediblər.