Dünya

Ceyms Bondun istifadə etdiyi tapança 256 min dollara satıldı

Ceyms Bondun istifadə etdiyi tapança 256 min dollara satıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

1962-ci ildə çəkilmiş "Doktor No” filmində Şon Konnorinin canlandırmış olduğu 007 nömrəli agent Ceyms Bondun istifadə etdiyi tapança hərracda 256 min ABŞ dollarına satılıb.

Kanal14.az THR-ə istinadən xəbər verir ki, lotun ilkin dəyəri "Julien’s Auctions” hərrac evinin qiymətləndirməsinə görə 150-200 min ABŞ dolları arasında olub.

Söhbət "Walther PP” tapançasından gedir. Fanatlar bilir ki, Ceyms Bond məhz "Doktor No”da "Beretta”dan "Walther PP”yə keçib.

Çünki Mi-6 "Beretta”nın yenidən uğursuz ola biləcəyindən narahat idi. Qeyd edək ii, dünyaca ünlü Şon Konnori oktyabrın 31-də 90 yaşında vəfat edib.