Dünya

Putini Ceyms Bond libasında: tapança əvəzinə... – Foto

Fransanın məşhur "Liberation" qəzeti yeni sayının üz qabığına Rusiya Prezidenti Vladimir Putinin super-agent Ceyms Bond geyimində fotosunu yerləşdirib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, fotoda Putin əlində tapança yerinə koronavirusa qarşı vaksin dolu iynə ilə görüntülənib.

Qəzetin ilk dörd səhifəsi Rusiyada vaksinin tapılması və Fransadakı epidemiya ilə bağlı vəziyyətə həsr edilib.