Cəmiyyət / Sosial

Bakı-Sumqayıt yolunda tıxac var

Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.Kanal14.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.
Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
***
Bu səbəbdən Bakı-Sumqayıt yolunda hərəkət çətinləşib və yolda böyük tıxac var.
(Azadses.az)