---

Səudiyyədə qadınlara qoyulan daha bir qadağa aradan qalxdı: Restoranlara kişilərlə birgə...

  Səudiyyədə qadınlara qoyulan daha bir qadağa aradan qalxdı: Restoranlara kişilərlə birgə...
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 Səudiyyə Ərəbistanında qadınlara qoyulan daha bir qadağa aradan qalxıb. 

"Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bundan sonra restoranlardan qadın və kişilər üçün ayrı-ayrı qapıların qoyulması tələb edilməyəcək.

Ölkədəki Bələdiyyələr Nazirliyinin bazar günü verdiyi açıqlamada bu qərarla bağlı artıq sahibkarlara xəbərdarlıq ediləcəyi bildirilib.

Qeyd edək ki, səudiyyəli qadınların avtomobil idarə etmək və yanında kişi olmadan pasport almaq hüququ da bu yaxınlarda təmin olunub.