Hadisə

An-26-nın qəza səbəbi bilindi

An-26 təyyarəsinin Xarkov yaxınlığında qəzaya düşməsinin səbəbi mühərrikin dayanması olub.

Kanal14.az bildirir ki, bu məlumatı "Depo.ua” saytı Ukrayna Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, An-26 təyyarəsi dünən qəzaya düşüb. Bu gün qəzada həlak olan daha bir nəfərin cəsədi tapılıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 26-ya çatıb.