“Mercedes”i aşırdı, sərnişini öldü
Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Kanal14.az xəbər verir ki, qəza iyulun 23-də saat 18 radələrində qeydə alınıb.
Bakı şəhər sakini V.Əzizov idarə etdiyi "Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./"Qafqazinfo