Hadisə

Evdən 9 min manatlıq qızıl oğurlandı

Evdən 9 min manatlıq qızıl oğurlandı

 

Bakıda evdən qızıl oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Kanal14.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.