Hadisə

Şimali Makedoniyada sərnişin avtobusu aşıb — 13 ölü

http://olke.az/uploads/1550087608/avtobus.jpg
 
Şimali Makedoniyanın şimal-qərbində sərnişin avtobusu qəzaya düşüb.

Kanal14.az Ria "Novosti”yə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Venko Filipçe bildirib.

Nazirin sözlərinə əsasən, qəza zamanı 13 nəfər həlak olub. Onlardan 7-si hadisə yerində dünyasını dəyişib. Ümumilikdə 30 yaralı xəstəxanaya yerləşdirilib.

 

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır