Gündəm / Hadisə

Məhkəmə “Əkinçi” qəzetini cərimələdi

Məhkəmə

Zərdab rayon Məhkəməsinin hakimi Tahir Qubadov bu rayonda işıq üzü görən "Əkinçi” qəzetinin 100 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb.

Kanal14.az Yenisabah.az-a istinadən xəbər verir ki, qəzetin cərimələnməsinə səbəb redaksiyanın yerləşdiyi 44 kv. metrlik qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya sisteminin quraşdırılmaması, ilkin yanğınsöndürmə alətlərinin alınmaması və naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətininin yoxlatdırılmaması olub.

Qeyd edək ki, qəzet FHN-nin Aran Regional Yanğın Nəzarəti İdarəsinin müraciəti əsasında cərimələnib.