Aslan İsmayılova hökm oxundu: bir il müddətinə islah işlərinə cəlb olundu, 1500 manat cərimələndi
Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.
Onu da xatırladaq ki, bu A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbayel Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat cərimə olunub. Eyni zamanda, Səbayel Məhkəməsi "Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib.