Hadisə

Şirvanda fərdi yaşayış evində yanğın olub — VİDEO

http://olke.az/uploads/1549658409/ertyhjtrerftgyh.jpg
 
Şirvan şəhərində fərdi yaşayış evində yanğın olub.

"Kanal14.az" report-a istinadən bildirir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsi, 62 ünvanında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qədirov Zaur Əzizxan oğluna məxsus 96 kv. metrlik evin 80 kv. metri yanıb.

Yanğının söndürülməsinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Qədirov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.