Hadisə

Balakəndə ev yandı

http://olke.az/uploads/1547875139/yangin.jpg
 
 
Balakən rayonunda yaşayış evində yanğın baş verib.

Hadisə Balakən rayonunun İtitala kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 150 kv metr olan birmərtəbəli 4 otaqlı evin 3 otağı  içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaları yanğının qarşısını alaraq alovun digər tikililərə keçməsinin qarşısını alıblar. Yanğının dəqiq səbələri araşdırılır.