kanal14.az
kanal14.az

Azyaşlıdan Nəsimi rayonunun İcra başçısına: “Onda bizə də “polya” tik” – VİDEO

Azyaşlıdan Nəsimi rayonunun İcra başçısına: “Onda bizə də “polya” tik” – VİDEO
10-03-2020, 17:17 88 dəfə baxılıb


Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 ünvanında sakinlər yaşadıqları binanın həyətində polis bölməsinin tikilməsindən narazıdırlar. Rayonun İcra başçısı Asif Əsgərov sakinlərlə sözügedən məsələ barədə danışmaq üçün həmin ünvana gəlib.
Sakinlərin Yeniavaz.com-un redaksiyasına göndərdikləri görüntülərdə, A. Əsgərovun sakinlərlə məsələni müzakirə etdiyi müşahidə olunur. Sakinlər burada polis bölməsinin tikilməsini istəmədiklərini bildirsələr də, A. Əsgərov bunun dövlət əhəmiyyətli olduğunu deyib.
Sakinlər qeyd ediblər ki, yaxınlıqda tikilən hündürmərtəbəli binadan gələn toz-torpaq onları cana doydurub, ona görə də burada ikinci bir inşaat prosesinin başlaması vəziyyəti daha da çətinləşdirə bilər. Həmçinin onlar qeyd ediblər ki, icra hakimiyyətinin polis bölməsi inşa etmək istədiyi ərazi, binada yaşayan uşaqların oyun meydançasıdır. A. Əsgərov məsələni bir daha gözdən keçirəcəyini sakinlərin nəzərinə çatdırıb.
Bu ərəfədə icra başçısı ilə yaşayış binasının azyaşlı sakinlərindən biri arasında səmimi dialoq yaşanıb. Belə ki, azyaşlı icra başçısından binalarının həyətində futbol meydançasının tikilməsini istəyib. İcra başçısı isə ona belə cavab verib:
"Baş üstə! "Polya” da tikəcəyik. Niyə tikməyək? Baş üstə! Sənə özüm forma da verəcəyəm, gəlib səninlə futbol da oynayacağam, yaxşı?”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA