Gündəm / Cəmiyyət

İcra başçısı Dilqəm Əsgərovun oğlu ilə görüşdü – Foto

İcra başçısı Dilqəm Əsgərovun oğlu ilə görüşdü – Foto


Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov istirahət günüdə öz evində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb.

Minval.info-ya daxil olan məlumata görə, görüş zamanı Kürdoğlu Əsgərovun icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı müzakirələr aparılıb.

"Səmimi görüş zamanı Kürdoğlu Əsgərova ərazinin çay yatağı olduğundan icarəyə götürülməsi üçün aidiyyətli qurumlar – FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müsbət rəy verilməsinin vacibliyi bildirilib” – məlumatda bildirilir.

İcra başçısı Dilqəm Əsgərovun oğlu ilə görüşdü – Foto


Vurğulanıb ki, Kürdoğlu Əsgərov torpaq sahəsini icarəyə götürmək üçün müraciət etdiyi anda dərhal aidiyyətli qurumlara Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi müraciət ünvanlanıb.

"Müzakirə zamanı məlum oldu ki, məsələnin kökündə qısa anlaşılmazlıq olub. Torpağın icarə müqaviləsini artırmaq üçün vətəndaş tərəfindən aidiyyəti dövlət orqanların rəyi gözlənilməlidir.

Çay süfrəsi arxasında keçirilən səmimi görüşdə Cənab Alimpaşa Məmmədov hər zaman olduğu kimi bundan sonra da Kürdoğlu Əsgərova yaxından dəstək olacağını, məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib” – məlumatda qeyd olunur.