Gündəm

Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub — VİDEO

 
 
 
 
Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub — VİDEO         
 
 
Xətai rayonu, Gəncə prospekti bina 67-də yaşayan sakinlər binanı təhlükə altına atacaq yolun çəkilişinə etiraz edirlər. Görüntülərdən də aydın olur ki, yeni çəkiləcək yolla binanın fasad divarları arasında məsafə də tikinti normalarına heç cür uyğun deyil. 
DoğruXəbər.az bildirir ki, ərazinin sürüşmə zonası olması isə vəziyyəti daha açıq şəkildə göz önünə qoyur. Yaşayış binası ilə tikiləcək yolun arasında məsafə 5 metr olar, ya olmaz. Mövcud problemlə bağlı rayon icra hakimiyyətinə edilən müraciətlərə verilən cavab isə qaneedici olmayıb.
Problemlə bağlı Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov müsahibə verərək bildirdi ki, sözügedən problemdən xəbərdardırlar. Məsələ artıq şəxsən icra başçısının da nəzarətindədir. İcra nümayəndəsi onu da əlavə etdi ki, sakinlər etiraz edirlərsə, demək ki, problem var. Hazırda bu barədə araşdırmalar apararaq başqa alternativlər axtarılır.
Oxu.az