Gündəm / Sosial

Gecə küçədə yatan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Gecə küçədə yatan şəxslə bağlı RƏSMİ AÇIQLAMA
 
 
 
 
 
 
 
 

 
 
 
 

 

 
 
 

 
 

Bakıda Qələbə daiəsi yaxınlığında -"Bakumall"un qarşısında gecə saatlarında küçədə bir nəfərin yatması ilə bağlı sosial şəbəkədə yayılan məlumata rəsmi açıqlama verilib.

Milli.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Trend-ə bildirib ki, ərazidən polis bölməsinə aparılan həmin şəxs sərxoş vəziyyətdə olub. O, polis bölməsində ayıldıqdan sonra evsiz olmadığını açıqlayaraq oranı tərk edib:

"Onun şəxsiyyəti polis bölməsi tərəfindən müəyyən edilib. Məlumata görə, həmin şəxsdə davamlı alkoqol asılılığı var. Artıq həmin şəxs qeyd edilən ərazidə deyil, lakin agentliyin əməkdaşları bu məsələni yenə də nəzarətdə saxlayırlar. Evsiz olacağı təqdirdə onun sığınacağa yerləşdirilməsi üçün bütün tədbirlər görülür".