Cəmiyyət

Bakıda tarixi binanın boyanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda tarixi binanın boyanması ilə bağlı RƏSMİ AÇIQLAMA




 
 
 
 
 
 
 
 




Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumatla bağlı bildiririk ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.

Kanal14.az bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti məlumat yayıb"Bununla əlaqədar vətəndaşlara belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə minnətdarlığımızı bildiririk",- məlumatda qeyd edilib.
Bakıda tarixi binanın boyanması ilə bağlı RƏSMİ AÇIQLAMA