kanal14.az
kanal14.az

Samux rayon İcra orqanından narazı olan 1-ci qrup əlil-VİDEO

Samux rayon İcra orqanından narazı olan 1-ci qrup əlil-VİDEO
1-12-2020, 14:38 134 dəfə baxılıb

Samux rayon İcra orqanından narazı olan 1-ci qrup əlil-VİDEO


 
 
 
 
 

Ötən gün "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Samux rayon Kolayır kənd sakini 1-ci qrup əlil Qasımov Ayət Hidayət oğlu tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Belə ki,kənd sakini A.Qasımov iddia edir ki,rayon icra orqanı aztəminatlı ailələrin yaşayış durumları ilə birmənalı olaraq  maraqlanmırlar. Və hətta onların müraciətlərini də qəbul etmirlər. Onun sözlərinə görə pandemiyayla əlaqədar olaraq RİH-nin başçısı Alı Qocayevin qəbuluna heç bir vətəndaş girə bilmir. "Amma o əlil olduğu üçün çox çətinliklə də olsa,başçının müavini  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilovanın qəbuluna düşə bilib. Həmin vaxt  onlardan,yaşayışının ağır olduğuna dair kömək istəyib. Kəmalə xanım isə ona bildirib ki,bizim elə büdcəmiz yoxdur ki,sizə köməklik edək.”  Samux RİH-dən ümidini kəsən əlil vətəndaş redaksiyamız vasitəsi ilə ölkə Prezidentinə üz tutub kömək istədi. 
P.S. Daxil olmuş müraciətlə bağlı Samux rayon İcra Hakimiyyətinin müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova ilə telefon əlaqəsi saxlayıb məsələyə münasibətini öyrəndik. K.Xəlilova isə aztəminatlı ailə başçısı Ayət Qasımovun iddialarını təkzib etməklə yanaşı hətta onun yalançı və şərçi olduğunu bildirdi. 
P.S.S. Hesab edirik ki,kimin yalan,kimin doğru olduğunu müəyyən etmək aidiyyatı orqanların üzərinə düşən vəzifədir. Biz isə məsələyə el misalı ilə xitam vermək istəyirik: "Od olmasa tüstü çıxmaz”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA