Sosial

Əlil ailəsi yerli məmurlar haqqında od püskürdü..

Əlil ailəsi yerli məmurlar haqqında od püskürdü..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 Samux rayon sakini Məmmədov Cavanşir Faxrəddin oğlunun aidiyyatı qurumlarla bağlı bir neçə şikayəti DogruXeber.az informasiya agentliyində işıqlandırılmışdır. Növbəti şikayəti isə yenə də aidiyyatı qurum və orqanlardandır. Ailə üzvləri əlil olan şikayətçi maddi durumunun çox aşağı olduğunu və vəziyyətin günü-gündən daha da pisləşdiyini qeyd edir. Hətta məktəbə gedən övladlarına belə paltar, ayaqqabı, məktəb ləvazimatları və s. ala bilmir. İki qat ölkə çempionu olan oğlu da idmandan məhz maddi durumlarına görə uzaqlaşmışdır. Qış fəslinin gəldiyini və havaların getdikcə soyuduğunu nəzərə alsaq uşaqların geyimlə bağlı məsələsi daha narahatedici problemdir. Vətəndaşın dediklərinə əsasən bu problemlərdən dolayı uşaqları dəfələrlə məktəbə getməyiblər. Parlaq gələcəyimizin təməllərinin məhz o uşaqlardan asılı olduğunu xatırlasaq deməli məsələ göründüyündən daha çox ciddidir. Azərbaycan övladı ən vacib şeylərdən biri—təhsildən məhrum olur. Bəlkə də həmin uşaqlar gələcək illərdə tariximizi əsaslı şəkildə dəyişə bilən insanlardır. Hələ Cavanşir bəyin idmançı övladını demirik. Ölkə xaricində vətənimizi layiqincə təmsil edən gənclərin bir çoxu idman sahəsində fəaliyyət göstərir. Həmin o uşaq döyüşləriylə ölkəmizin şanlı bayrağını bir çox ölkələrdəbirinciliyə aldıra bilərdi. Amma təəssüflər olsun ki, onu da xəyallarından uzaqlaşdıran səbəblər oldu. Nəticədə həmin o gənclə bərabər bütöv bir cəmiyyət hansısa yöndə itgi verdi. Keçək şikayətçinin növbəti problemlərinə. Deməli, iki qardaşı I qrup əlil olduğu üçün qardaşlarına Cavanşir bəyin yoldaşı himayə edir. Bunu məhkəmə tərəfindən təsdiq olunmuş qətnamədə də görə bilərik. Bir məsələ də var ki, həmin bu şikayətçidən qardaşlardan birinin sənədlərini hazırlanmasına görə 300 manat rüşvət alınıb. Vətəndaş da məcbur olaraq həmin məbləği ödəyib sənədləri əldə etmişdir. Üstəlik, prezident tərəfindən imkansız ailələrə birdəfəlik yardım üçün ayrılan pulu da ala bilmirlər.Ailə durumunun günü-gündən ağırlaşması səbəbilə dövlət orqanlarına işlə bağlı müraciət etsə də heç bir nəticə əldə olunmayıb. O, Samux rayon icra başçısı Alı Qocayevin də qəbulunda olsa da icra başçısı onun şikayətinə məhəl qoymayıb. İcra başçısının birinci müavini Tahir Qarayevin də qəbulunda olsa da bunun bir faydası olmayıb. Rayon icra başçısı Alı Qocayev rəhbərlik etdiyi rayonunun vətəndaşına yardım etmirsə, əlil ailəyə qayğı göstərmirsə onu rayonun ağsaqqalı kimi yerli sakinlər niyə qəbul etsin ki? Vətəndaşın ciddi problemləri icra başçısının maraqlarından kənarda qalarsa o zaman həmin vətəndaşın icra nümayəndəsinə qarşı eyni soyuq münasibəti bəsləməyi normaldır. 
Vətəndaş Samux rayonu üzrə DSMF-a sosisal yardım üçün müraciət etmişdir. Ona həmin yardımın düşmədiyini, onun adına iki baş iribuynuzlu heyvanı olduğunu deyiblər. Biz əvvəlki şikayətlərdə də həmin o heyvanların video görüntüsünü təqdim etmişdik. Heyvanlar çox arıq və qoca olmaqla yanaşı heç süd də vermir. Yəni vətəndaşa xeyrindən çox ziyanı olduğunu DogruXeber.az informasiya agentliyi olaraq işıqlandırışdıq. Xülasə bu gün vətəndaş aidiyyatı orqanlardan laqeydlik gördüyü üçün əlacsız qalaraq son ümid yeri kimi bizim redaksiyamıza müraciət edir. 
Ümid edirik ki, bu problemlərlə yaxından maraqlanmalı olan aidiyyatı qurumlar yuxudan ayılacaqlar.