Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video

Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video






 


 
 
 
 











Bu gün ölkədə yaranmış mövcud hadisələrlə əlaqədar olaraq əhalinin yaşayış durumu əvvəlki illərə nisbətən daha da ağırdır. Təbii ki,yaranan bu cür çətin bir dövrdə yerli İcra orqanlarının üzərinə düşən məsuliyyət,vəziyyətlə bağlı ikiqat artıb. Amma bir çox hallarda məsuliyyətini dərk etməyən yerli İcra orqanları üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlmirlər. Məhz bugünki ağır dövrü nəzərə almayan İcra başçılarından biri də Balakən rayon İcra başçısı İslam Vahid oğlu Rzayevdir.

Ötən gün "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Balakən rayon Talalar kənd sakini Baradov Rasim Eyvaz oğlu tərəfindən müraciət daxil olmuşdur. Daxil olan müraciətdə kənd sakini R.Baradov bildirib ki,atası Eyvaz Cəbrayıl oğlu Baradov beş ildir ki,ağır xəstəlikdən əziyyət çəkir. Ailə vəziyyəti ağır durumda olan kənd sakini R.Baradov atasının keçirdiyi ağır xəstəliklərlə əlaqədar olaraq rayon mərkəzi xəstəxanasına müraciət etdiyini bildirib. Xəstəxana isə müvəqqəti olaraq Covid-19 pandemiyasından əziyyət çəkən xəstələri qəbul etdiyi üçün,digər xəstələrin qəbulunu müddətli olaraq dayandırmışdır. Yaranmış bu cür çətin vəyiyyətdən çıxış yolu axtaran kənd sakini çarəsiz durumda qalaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına üz tutur. Burada da müəyyən sıxıntılar yaşayan vətəndaş çətin də olsa atasını müayinə etdirə bilir.

Bu dəfə də keçirilən müayinələrdən ağır nəticələr əldə edən R.Baradov atasının müalicəsi üçün əlində müəyyən məbləğdə vəsaitin olmadığından çıxılmaz vəziyyətdə qalmışdır. Yaranmış ağır vəziyyətdən çıxış yolu axtaran rayon sakini sonda kömək üçün rayon İcra başçısına müraciət etməyi qərara alır. Əfsuslar olsun ki,rayon rəhbərliyindən ailə üçün heç bir köməklik olunmur. Hər yerdən ümidi kəsilən çarəsiz vətəndaş son ümid yeri olaraq mətbuata üz tutur. Bu yerdə yaxşı demiş atalar "toxun acdan nə xəbəri." Bəs görəsən 2011-ci ildən rayona "padişah"lıq edən hörmətli İ.Rzayev hansı günlər üçün vətəndaşa lazımdır? 

Düşünürük ki,İcra başçısı keçmişində vergi sektorunda çalışdığı üçün,verməyə yox almağa üstünlük verir. "SOCAR"ın kadrı olan rayon rəhbəri unutmamalıdır ki,öhdəliyində olan vəzifələrdən biri də rayon əhalisinin diqqət və qayğısında durmaqdır...!!!
Məsələyə qayıdacağıq...!!!