kanal14.az
kanal14.az

Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEO\FOTO

Mebel ustası adı altında
21-11-2020, 10:48 125 dəfə baxılıb

Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO


 
 
 

Bu gün "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Binəqədi rayon Süleyman Sani Axundov küçəsi mənzil 53 ünvanında "kirayə” yaşayan Ağamoğlanova Sevda Paşa qızı tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Belə ki, S. Ağamoğlanova evinə dolab mebel və yataq taxtı almaq istəmiş və bunun üçün ilk olaraq sosial şəbəkə üzərindən münasib mebel satış mərkəzlərini axtarmağı qərara almışdır. Və bunun üçün "Lalafo.az” saytına daxil olduqda,rast gəldiyi elanda qeyd olunan şərtlər diqqətini çox cəlb edir. Beləliklə S.Ağamoğlanova dərhal elanda qeyd olunan Hüseyn adlı şəxsin 055-603-07-77 əlaqə nömrəsinə zəng vurub,ona elanda qeyd olunan şərtlərə uyğun mebel almaq istədiyini bildirmişdir. Şərtlərdə isə sifarişin götürülməsi,çatdırılması və quraşdırılmasının pulsuz olduğu qeyd olunmuşdur. Hüseyn adlı şəxs S. Ağamoğlanovadan sifarişi götürmək üçün yaşadığı mənzilin ünvanını öyrənib və ertəsi gün həmin mənzilə gəlib.
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO





 
 
 
 
 














Hüseyn adlı şəxs mənzildə mebelin qoyulacağı yerin ölçüsünü götürdükdən sonra S. Ağamoğlanovadan ilkin olaraq "beh” istəyib. Xanım isə şəxsə güvənmədiyi üçün onun şəxsiyyət vəsiqəsinə baxmağı tələb edib. Hüseyn adlı şəxs isə bildirib ki,şəxsiyyət vəsiqəm üzərimdə deyil. Sonra Sevda xanım onun fotorəsmini telefonla çəkib,ilk olaraq dolab mebelin 400 manatını ödəyib və qalan məbləğin isə digər mebel gəldikdən sonra veriləcəyi haqda razılaşıblar.
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO





 






 
 
 
 








Həmin şəxs aldığı 400 manat pula dair qaimə yazır və Sevda xanıma verir. Amma yazdığı qaimənin altında öz adını deyil,Hacıbala adını qeyd etmişdir. Sevda xanım ondan soruşanda ki- "nə üçün adını Hüseyn deyil Hacıbala olaraq yazdın? Axı mənlə danışan şəxs Hüseyin adı ilə danışıb.”. O isə bildirib ki,işçilərdən hansının adı qeyd olunsa da mebel sexində qaiməni təqdim etdikdə sifarişi qəbul edirlər. Odur ki narahat olmayın mebeliniz gətirildikdən sonra qalan digər məbləği həmin vaxt ödəyərsiniz.
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO




 




 
 
 
 











Sən demə,Sevda xanımla danışan şəxs "dələduz” imiş. Üzərindən bir neçə gün keçir,xanım telefonla əlaqə saxlayıb nə zaman mebeli gətirəcəklərini soruşduqda,hər dəfə telefonu müxtəlif adla başqası götürərək fərqli bəhanələrlə Sevda xanımı aldadırmışlar. Nəhayət,Sevda xanım növbəti gün həmin nömrəyə zəng vurduqda telefon sönülü olur. Aldanıldığını başa düşən S.Ağamoğlanova 03.11.2020-ci il tarixində Daxili İşlər nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlayıb baş verənlər barədə məlumat vermişdir. Hazırda Binəqədi rayon V polis bölməsində məsələ ilə bağlı araşdırma aparılır. Bütün bunlara baxmayaraq, zərəçəkmiş S.Ağamoğlanova məsələyə dair baş verənlərin sosial mediada işıqlandırılmasını əməkdaşlarımızdan xahiş etmişdir.
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEOFOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA