Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu

Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu







 
 
 




Koronavirus (COVİD 19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir. 
Amma bütün buna baxmayaraq cəmiyyətimizdə COVİD 19 infeksiyasına yoluxma halları daha da geniş vüsat almaqdadır. Ötən gün "DogruXeber.az” informasiya agentliyinin redaksiyasına maraqlı bir məlumat daxil olmuşdur. Belə ki,məlumatlarda qeyd olunur ki,Zabrat qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisinin Avtomobillərin Texniki Müainə Mərkəzinin rəisi Elşad Eldar oğlu Məmmədov koronavirusa yoluxub. Qeyd olunan məlumatlarda bildirilir ki,artıq bir neçə gündür ki,E.Məmmədov xəstəxanaya yerləşdirilib. Hətta vəziyyətinin ağır olduğu da qeyd olunur. Əldə olunan məlumata görə E.Məmmədovun ailə üzvüləri də koronavirusa yoluxub. 
P.S. Redaksiyamız tərəfindən məsələyə aydınlıq gətirilməsi üçün,E.Məmmədovun yaxın qohumu Rasim müəllimlə telefon əlaqəsi saxladıq. Suallarımıza münasibət bildirən Rasim müəllim deyilənlərin həqiqət olduğunu bildirdi. Amma Rasim müəllim,E.Məmmədovun ailə üzvülərinin virusa yoluxma məlumatının həqiqət olmadığını bildirdi.