Dünya

Ermənistan prezidenti günlər sonra Paşinyanı tapdı

Ermənistan prezidenti günlər sonra Paşinyanı tapdı







 
 
 
 







Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb.
Kanal14.az bildirir ki, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.
Görüşdə Ermənistanın məğlubiyyətindən sonra ölkədəki vəziyyət müzakirə edilib."Bu gün səhər ölkə prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb", - məlumatda deyilir.
Xatırladaq ki, Ermənistan tərəfinin müharibədə faktiki təslim olmasına dair Azarbaycanla kapitulyasiya imzalamasından sonra bir neçə gündür ki, Yerevan Nikol Paşinyanın harada olduğu barədə xəbərsiz idi. Erməni mətbuatı Baş nazirin qəzəbli izdihamlardan bunkerdə və hətta ABŞ səfirliyində gizləndiyini qeyd edərək fərqli versiyalar irəli sürüb.