Siyasət

Lukaşenko İlham Əliyev və Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


Lukaşenko İlham Əliyev və Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edibBelarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

Kanal14.az bildirir ki, bu barədə Lukaşenkonun mətbuat katibi məlumat verib.

Açıqlamada "tərəflər ənənəvi olaraq ikitərəfli münasibətlərin inkişafı, ticarət-iqtisadi əməkdaşlıq və digər aktual məsələləri müzakirə etdilər. Lakin hər iki telefon danışığının əsas mövzusu Dağlıq Qarabağdakı vəziyyət idi", - deyə qeyd olunub.

Məlumat üçün bildirək ki, Belarus Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun üzvüdür.

/MediaPost