Cəmiyyət / Hadisə

Evində silah gizlədən keçmiş məhkum saxlanıldı

Sabunçu rayon Polis İdarəsi 14 və 42-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Kanal14.az bildirir ki, keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlıSabunçu rayon Polis İdarəsinin istintaq şöbəsindəəməliyyat-istintaq tədbirləri davam etdirilir.

(Lent.az)