Cəmiyyət

BP-nin Azərbaycanın neft və qaz sektorunda iddialı uzunmüddətli planları var

BP-nin Azərbaycanın neft və qaz sektorunda iddialı uzunmüddətli planları var

Təxminən 30 ildir bp Azərbaycanda hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyur.

Kanal14.az Trend-in məlumatına əsasən bildirir ki, bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Twitter" səhifəsində yazıb.

B.Aslanbəyli deyib: "Növbəti illər ərzində də burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Həmçinin Azərbaycan ilə əlaqələrimizi daha da genişləndirmək üçün yeni imkanlara baxmağa davam edəcəyik".

BP-nin Azərbaycanın neft və qaz sektorunda iddialı uzunmüddətli planları var - Gallery Image