Şou

Firuzə İbadovanın qızı əsəbiləşdi: “Nə edirəm, özüm bilərəm, əl çəkin məndən!”

Firuzə İbadovanın qızı əsəbiləşdi: “Nə edirəm, özüm bilərəm, əl çəkin məndən!”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Ziyarətdən 40 gün sonra başımı açdım”.

 

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist Firuzə İbadovanın qızı Hülya Qasımova hicabını açması ilə bağlı söz-söhbətə münasibət bildirərkən deyib. O, deyib ki, sözügedən foto ziyarət ərəfəsində çəkilib:

"Kərbala ziyarətinə getmişdim. Ziyarətdən sonra 40 gün başımı bağlamalıydım. Həmin anda bizi ailəli çəkilişə dəvət etdilər. Həmin foto o vaxt çəkilib. 40 gündən sonra isə başımı açdım”.

Hülya Qasımova qeyd edib ki, onun şəxsi həyatı haqqında hansısa mətbu orqan yazsa, aidiyyatı qurumlara müraciət edəcək:

"Şəxsi həyatım heç kəsi maraqlandırmasın. Mən Firuzə İbadovanın qızıyam. Hər ikimiz özümüzə cavabdehik. Mənə toxunmasınlar. Haqqımda bir də hansısa mətbu orqan yazsa, çox pis olacaq. Adımı çəkməsinlər. Başımı bağlayıram, açıram, ərə gedirəm ya getmirəm özüm bilərəm. Bir ara ərə getdiyimi yazdılar. Əl çəkin məndən! Ərə getmirəm, uşağım var. Bir dəfə ərə getmişəm. Ayrılsam da həyat yoldaşımla gözəl münasibətim var. Hər gün telefonla danışırıq, Bakıya gələndə qızımla onlarda qalıram. Mən niyə ərə getməliyəm? Ərim var da, sadəcə kağız üstündə ayrılmışam”.