Şou

“Bir-birimizdən ötrü darıxırıq” - Sevda nişanlısından danışdı

 

"Karantin rejiminə ciddi əməl edirəm. Çox vacib olanda evdən çıxıram”.

 

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva İTV-də yayımlanan "Gəl, qonaq ol!” proqramının virtual qonağı olarkən deyib.

O, karantin günlərini necə keçirməsi barədə danışıb:

"Özümə vaxt ayıra bildim, mütaliə etdim. Sevdiyim filmlər var idi, onlara zaman tapıb baxa bilmirdim. İzlədim”.

S.Yahyayeva nişanlısı həkim-genetik Zakir Bayramov haqda da sualları cavablandırıb:

"Bir-birimizdən ötrü darıxırıq. Ancaq yaxşı ki, internet dövründə yaşayırıq”.