Şou

İş adamı ilə ailə quran azərbaycanlı müğənni: "Londonda yaşamaq çox çətindir" - FOTO


İş adamı ilə ailə quran azərbaycanlı müğənni:

"Londonda yaşamaq asan deyil, çox çətindir. Çünki bütün yaxınlarım Bakıdadır. İşimin çox hissəsi də Bakıdadır”.

Kanal14.az xəbər verir ki, bu sözləri ötən il iş adamı ilə ailə quran "Səs Azərbaycan” layihəsinin qalibi Emiliya Yaqubova deyib.

Ailə qurduqdan sonra Azərbaycandan köçüb Londonda yaşayan ifaçı Bakı üçün çox darıxdığını, hələ də vətəndən kənarda yaşamağa öyrəşmədiyini deyib:

”İnsan suyunu, havasını dəyişəndə başqa cür olur. Hətta bir ara istəyirdim Bakıya qayıdım. Çalışıram ki, adaptasiya olum. Londonda hava pis deyil. Günəşli günlər də çox olur. Belə hava müsbət enerji bəxş edir”.

Emiliya digər şəhərlərdə olduğu kimi, yaşadığı London şəhərində hökm sürən karantindən də söz açıb:

"Hazırda biz də Londonda karantindəyik. Amma insanlar küçəyə çıxır. İmkan olanda mağazaya getmək üçün evdən çıxıram. Bir saat da olsa küçədə gəzirəm. İnsanlar ötən günlərə nisbətən daha rahat və sərbəstdirlər. Burada da karantin müddətini uzadıblar. Amma karantinin nə zaman bitəcəyi məlum deyil”.

Qeyd edək ki, E.Yaqubova 2019-cu ilin sentyabr ayında Tamerlan adlı iş adamı ilə ailə qurub./Oxu.az/
İş adamı ilə ailə quran azərbaycanlı müğənni: