"Aşk-ı Memnu"nun Bülənti "Survivor"da olacaq
Gənc aktyor Batuhan Karacakaya yeni xəbərlə gündəmə gəlib.
Kanal14.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Aşk-ı Memnu" serialının balaca Bülənti gələn il start götürəcək "Survivor 2021” yarışmasına qatılacaq.
Sonuncu dəfə "Diriliş Ertuğrul”da rol alan 23 yaşlı aktyor son zamanlar xarici görünüşündə etdiyi dəyişikliklərlə gündəmdən düşmür.