"Bu aktyorların çəkildiyi filmlər Azərbaycanda qadağan olunsun!" – Əməkdar artistdən ÇAĞIRIŞ
Əməkdar artist Nərgiz Cəlilova ermənilərə dəstək olan fransız aktyorlarını tənqid edib.
Kanal14.az bildirir ki, aparıcı sosial media hesabından çağırış edərək bunları yazıb:
"Onların iştirakı ilə olan filmlər Azərbaycanda qadağan olunsun! Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar, Qarabağ həqiqətlərindən bixəbər olanlar...", - deyə N.Cəlilova qəzəbini ifadə edib.
Qeyd edək ki, 150-yə yaxın fransız sənətçi ermənilərə dəstək üçün imza toplayıb. Onlar arasında Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jyulet Binoş, Klod Leluş və digər məşhur simalar var.