Sosial

Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı

 Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Kanal14.az Unikal.org-un məlumatına əsasən bildirir ki, Xətai rayon prokurorunun müavini Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.  

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib. 

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.