Gündəm / Cəmiyyət

Bu şəxs Ağstafa rayonuna prokuror TƏYİN EDİLDİ

 
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Kanal14.az "report”a istinadla xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cəfərov Anar Novruz oğlu Ağstafa rayon prokuroru təyin edilib.
Kamran Əliyevin digər əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.