İdman

Türkiyə klubları Azərbaycana dəstək mesajlarını davam etdirir

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir.

Kanal14.az bildiir ki, daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

"Qalatasaray”, "Fənərbaxça”, "Beşiktaş” və "Trabzonspor"un ardından hazırda Super Liqanın liderlərindən olan "Fatih Karagümrük”, həmçinin "Göztəpə”, "Yeni Malatyaspor”, "Ankaragücü”, "Ərzurum BB”, "Konyaspor”, "Rizəspor” və "Bursaspor” da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

(Apasport.az )