Cəmiyyət / Dünya / Sosial / İdman

"Beşiktaş"ın futbolçusu koronavirusdan sağalıb

 
"Beşiktaş"ın futbolçusu Umut Nayir koronavirusdan sağalıb.
Kanal14.az Apasport.az saytına istinadən xəbər verir ki, bu barədə hücumçu özü məlumat yayıb.
İyunun 24-də koronavirusa yoluxduğu müəyyənləşən 27 yaşlı hücumçu növbəti dəfə testdən keçib və bu gün nəticənin neqativ olduğunu açıqlayıb. Ancaq Türkiyə Futbol Federasiyasının tələbi ilə Nayir 5 gündən bir 3 dəfə testdən keçməlidir. Bu səbəbdən forvard mövsümün son iki turunu da buraxmalı olacaq.
Qeyd edək ki, Umut Nayir "Beşiktaş"a ötən ilin yayında "Bursaspor"dan keçib.