İdman

“Qalatasaray”ın futbolçusu koronavirusa yoluxdu

“Qalatasaray”ın futbolçusu koronavirusa yoluxdu
 
 
 
 
 

 
 
 
 
 

 

Niderland yığmasının hücumçusu Rayan Babel koronavirus infeksiyasına yoluxub.

Kanal14.az bildirir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Hazırda yığmanın düşərgəsində olan forvardın son testinin pozitiv çıxdığı açıqlanıb. Bu üzdən "Qalatasaray”ın futbolçusunun karantinə alındığı və Millətlər Liqasında noyabrın 18-də Polşa ilə səfər oyununu buraxacağı vurğulanıb.

 

Babel dünən Bosniya və Herseqovina ilə V tur matçında (3:1) iştirak ərizəsində yer almayıb.


(Apa.az)