Hadisə

Niderland millisinin üzvü koronavirusa tutuldu

Niderland millisinin üzvü koronavirusa tutuldu

Meksikanın "Monterrey” klubunun hücumçusu Vinsent Yanssendə koronavirus aşkarlanıb.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə niderlandlı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Covid-19 testimin nəticəsi pozitiv çıxdı. Hazırda evimdəyəm, özümü yaxşı hiss edirəm. Ən qısa zamanda komanda yoldaşlarımın yanında olacağam”.