Hadisə / Dünya

6 aylıq körpə koronavirusdan öldü

6 aylıq körpə koronavirusdan öldüFələstinin Qəzza zolağında koronavirusa yoluxan 6 aylıq körpə dünyasını dəyişib.

Kanal14.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bununla da şəhər üzrə ölənlərin ümumi sayı 10-a çatıb. Son sutkada 195 nəfərdə infeksiya aşkarlanması ilə yoluxanların sayı 1151-ə çatıb.

Açıqlamada uşaq və yaşlılar arasında virusun yayılmasının qarşısının alınması üçün bütün vətəndaşların pandemiyaya qarşı tədbirlər görməli olduğu bildirilib. (publika.az)