Gözəllik salonundan külli miqdarda OĞURLUQ
Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.
Kanal14.az "Report”a istinadən xəbər verir ki, hadisə avqustun 19-u gecə saatlarında paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Daha sonra gözəllik salonunun rəhbərliyi bu barədə polis əməkdaşlarına müraciət edib.
Səbail Rayon Polis İdarəsində fakta görə başlanılan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Tamerlan Kuçiyev saxlanılıb.