Gəlin bəyi qarət edib tualetin pəncərəsindən qaçdı
Türkiyənin Çorum vilayətində gəlin bəyi qarət edərək qaçıb.
Kanal14.az bildirir ki, 22 yaşlı S.Ç. 27 yaşlı A.K.-nın 55 min lirə (12,820 AZN) pulunu mənimsəyib.
Qızıl mağazasından qayıdandan sonra qız özünü pis hiss etdiyini və xəstəxanaya getmək istədiyini deyib. Xəstəxanaya aparılan gəlin tualetin pəncərəsindən qaçıb.
Gələcək arvadının onu qarət etdiyini anlayan kişi polisə xəbər verib.
Hadisə ilə bağlı araşdırma başlayıb.
(Oxu.az)