Hadisə

Bakıda anbarda yanğın olub


Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 m² olan anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Kanal14.az bildirir ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

(Lent.az)